
Çerçesovun yeni iş yeri məlum oldu
Məşhur mütəxəssis Stanislav Çerçesovun yeni iş yeri müəyyənləşib.
Komanda.az xəbər verir ki, mütəxəssis Rusiya “Axmat”ının baş məşqçisi təyin olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər 3 illik müqavilə imzalayıblar.
Çerçesov 2011-2013-cü illərdə də “Axmat”a rəhbərlik edib. Onun son iş yeri isə 2025-ci ilin yanvarında tərk etdiyi Qazaxıstan millisi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



