Cerard “Reyncers”in çempionluq həsrətinə son qoydu

Futbol üzrə Şotlandiya çempionatında mövsümün qalibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, ikinci pillədə qərarlaşmış “Seltik”in bu gün 32-ci tur çərçivəsində səfərdə “Dandi Yunayted”lə heç-heçəyə (0:0) razılaşması lider “Reyncers”i bütün rəqibləri üçün əlçatmaza çevirib. Bir sözlə, mövsümün başa çatmasına 6 tur qalmış liderlə əsas izləyici arasında 20 xallıq fərq yaranıb.

“Seltik”in hazırda 68 xalı varsa, “Reyncers”in hesabında 88 xal var. Stiven Cerardın çalışdırdığı komanda 10 illik fasilədən sonra çempionluq sevinci yaşayıb. Sözügedən komanda sonuncu dəfə 2010/11 mövsümündə Şotlandiyanın ən güclüsü olmuşdu. Bu, həm də 9 il idi ardıcıl çempion olan “Seltik”in hegemenluğunun sonu deməkdir.

Qeyd edək ki, Cerardın 2018-ci ildən çalışdırdığı “Reyncers” tarixində 55-ci çempionluğunu yaşayır. Bu komandanın əzəli rəqibi “Seltik” isə 51 dəfə Şotlandiya çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button