
Balotelli üçün Braziliya və ABŞ variantları
Mario Balotelli “Cenoa”nı tərk etməyə yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu artıq 34 yaşlı futbolçu ilə əməkdaşlıqda maraqlı deyil.
“Cenoa” bu qış Balotellidən yaxa qurtarmaq niyyətindədir. Transfer pəncərəsinin hələ də açıq olduğu Braziliya və ABŞ klubları onun xidmətində maraqlıdır. O, ötən ilin payızında azad agent kimi Genuya komandasına qoşulub.
İtaliyalı hücumçu cari mövsümdə İtaliya çempionatında 6 matçda iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin