“İnter” islandiyalı hücumçunu “qaralayıb”

“Cenoa”nın hücumçusu Albert Qudmundsson karyerasını “İnter”də davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “İnter” “Cenoa”nın liderinə iddia edir və onun üçün bonuslar istisna olmaqla, təxminən 25 milyon avro təklif etməyə hazırdır.

Bununla belə, bu transfer üçün İtaliya klubu Marko Arnautoviç və Xoakin Korrea ilə yollarını ayırmalı olacaq.

İslandiyalı futbolçu ötən mövsüm A Seriyasında 35 matçda 14 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

“Milan”, “Yuventus” və “Napoli”nin də Qudmundssonun transferində maraqlı olduğu barədə xəbərlər yayılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button