İtaliya klubunun baş məşqçisi Vardinin transferinə “olmaz” deyib

Hazırda azad agent olan hücumçu Ceymi Vardi “Cenoa” rəhbərliyinin transferi rəsmiləşdirməyə hazır olmasına baxmayaraq, İtaliya klubuna keçməyəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, komandanın baş məşqçisi Patrik Vieyra bu müqavilənin imzalanmasının qəti əleyhinədir. Fransalı mütəxəssis hücumçunun transferinə veto qoyub.

Vardi bu yay 2012-ci ildən bəri çıxış etdiyi “Lester”dən ayrılıb.

“Cenoa” 2024/25 mövsümündə 38 matçda 43 xal toplayaraq, turnir cədvəlini 13-cü pillədə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button