“Cenoa”dan Pandevlə yeni müqavilə
Şimali Makedoniya yığmasının sabiq hücumçusu Qoran Pandev İtaliyanın “Cenoa” klubu ilə yeni müqavilə imzalayıb.
Komanda.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
38 yaşlı forvardla yeni sözləşmə 2022-ci ilin yayına qədərdir. Əvvəlki müqavilənin müddəti bu yay başa çatmışdı.
Pandev 2015-ci ildən “Cenoa”nın uğurları üçün çalışır. O, bu komandanın heyətində bütövlükdə 165 matça çıxıb, 32 qola imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin