“Cenoa”da koronavirusa yoluxanların sayı 18-ə çatdı

İtaliyanın “Cenoa” klubunda daha üç nəfər koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə A Seriyası klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə Neapol klubunun xorvat yarımmüdafiəçisi Petar Brlek və sloveniyalı yarımmüdafiəçi Miha Zayçda da koronavirus aşkarlanıb. Onlarla yanaşı qapıçılarla iş üzrə məşqçi Valter Bressanın da koronavirus testi müsbət nəticə verib.

Xatırladaq ki, buna qədər “Cenoa”da daha 11 futbolçu və 4 klub işçisində koronavirus aşkarlanmışdı. Komandanın böyük əksəriyyəti karantinə alındığı üçün oktyabrın 3-də keçirilməli olan “Cenoa” – “Torino” matçı baş tutmayacaq. A Seriyası rəhbərliyi bu qarşılaşmanı təxirə salmağa qərar verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button