“Cenoa”da daha 3 futbolçu koronavirusa yoluxdu
İtaliyanın “Cenoa” klubunda koronavirusa yoluxanların sayı artır.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi daha üç futbolçudan götürülmüş koronavirus testinin müsbət nəticə verdiyini açıqlayıb.
Xəbərdə müdafiəçilər Davide Biraski və Domeniko Krişito, eləcə də hücumçu Darian Malesdə də koronavirus aşkarlandığı diqqətə çatdırılıb.
Xatırladaq ki, daha öncə “Cenoa”da 18 nəfərdə koronavirus aşkarlanmışdı ki, onların da böyük əksəriyyəti futbolçular idi. Bu səbəbdən komandanın A Seriyası çərçivəsində ötən gün “Torino”ya qarşı keçirməli olduğu oyun da təxirə salınıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin