“Cenoa” 9 ay sonra Şevçenko ilə müqaviləni pozdu
İtaliyanın “Cenoa” klubu baş məşqçisi Andrey Şevçenko ilə müqaviləni pozub.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ukraynalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
46 yaşlı məşqçi 2021-ci ilin noyabrından dekabrınadək A Seriyası təmsilçisinə rəhbərlik edib. Komanda onun başçılığı altında 7 oyunda uduzub, 3 qarşılaşmada heç-heçə edib, 1 dəfə isə qalib gəlib.
“Cenoa” ötən ilin sonunda Şevçenkonu istefaya göndərdiyini açıqlayıb. Amma sonradan məlum olub ki, mütəxəssis vəzifəsindən kənarlaşdırılıb. Onun klubla müqaviləsi isə davam edirdi.
“Cenoa” ötən mövsümün sonunda B Seriyasına düşüb.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin