İtaliya klubu Balotellini transfer etmək fikrindən vaz keçib

“Cenoa”da kəskin kadr böhranı yaranıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubundan bir neçə önəmli futbolçu gedib, xeyli oyunçu isə zədəlidir.

“Cenoa”nın çalışdırıcısı Alberto Cilardinyo çətin vəziyyətə düşüb. Belə ki, postunu xilas etmək üçün ona nəticə lazımdır, amma onu əldə edəcək futbolçusu yoxdur.

Belədə, italiyalı mütəxəssis Mario Balotellini komandasına dəvət etmək qərarına gəlib. Lakin bu plan da baş tutmayıb. “Cenoa” rəhbərliyi düşünərək, bu niyyətdən əl çəkib. Səbəb odur ki, komanda tezliklə yeni baş məşqçiyə tapşırıla bilər ki, o da çox güman, Balotelli ilə işləmək istəməz.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button