Cennifer Lopezin konserti Özbəkistan klubunu stadionsuz qoyub

Amerikalı müğənni Cennifer Lopezin konserti Özbəkistanın “Bunyodkor” klubunun stadionunun ot örtüyünə iz buraxmadan ötüşməyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, müğənninin çoxsaylı pərəstişkarlarına görə meydança yararsız vəziyyətə düşüb. Stadiona cavabdeh şəxslər otların sağalmasının iki aya yaxın vaxt aparacağı və ölü otların arenanın ixtiyarında olan xüsusi texnika vasitəsilə təmizlənəcəyini bildiriblər.

Tarixdə ilk dəfə dünya çempionatına vəsiqə qazanan ölkənin yığması da tez-tez oyunlarını bu stadionda keçirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button