Çempionun bilinəcəyi turun oyunlarının vaxtı açıqlandı

Azərbaycan 2-ci liqasında mövsümün sonuncu – 26-cı turunun oyun cədvəli açıqlanıb.

Komanda.az xəbər verir ki, oyunlar 20-21 may tarixlərində keçiriləcək və hamısı saat 17:00-da başlayacaq. 

İkinci liqada çempion komandanın adına məhz son turun oyunlarından sonra aydınlıq gələcək. 71 xalla lider olan “Şahdağ Qusar” mayın 21-də “Dinamo”nun qonağı olacaq. 68 xalla 2-ci olan “Şəfa” isə həmin gün səfərdə “Qusar”la üz-üzə gələcək. 

20 may

17:00. “Füzuli” – “Lerik”

Şamaxı OİK stadionu

17:00. “Kür-Araz” – “Ağdaş”

Heydər Əliyev adına İmişli şəhər stadionu

17:00. “Şimal” – “Göygöl”

Siyəzən şəhər stadionu
 

21 may

17:00. “Şəmkir” – “Şəki Siti”

Şəmkir OİK stadionu
 
17:00. “Araz Saatlı” – “Haypers Quba”

Saatlı OİK stadionu

17:00. “Dinamo” – “Şahdağ Qusar”

Binə qəsəbə stadionu

17:00. “Qusar” – “Şəfa” 

Neftçi Futbol Mərkəzi (IV meydança)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button