
Çempionşipdə daha 8 nəfərdə koronavirus aşkarlandı
İngiltərə Çempionşipində mübarizə aparan klubların kollektivindən növbəti dəfə koronavirus testi götürülüb.
Komanda.az xəbər verir ki, analizlər nəticəsində daha 8 nəfərin koronavirusa yoluxduğu müəyyənləşib.
İngiltərə Futbol Liqasından (EFL) verilən rəsmi açıqlamaya görə, Çempionşipdə çıxış edən 24 klubda bütövlükdə 2213 nəfər testdən keçirilib. Onların arasında 8 nəfərin testinin nəticəsi müsbət çıxıb. Lakin adlar açıqlanmayıb.
Test nəticəsi müsbət çıxan şəxslər karantinə alınıblar və xüsusi nəzarətə götürülüblər.
Qeyd edək ki, Çempionşipdə mövsüm iyunun 20-də bərpa olunacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin