“Həzz alıram” deyir – İlin ən yaxşısı seçilən məşqçi
“Bernli”nin baş məşqçisi Vensan Kompani İngiltərə Çempionşipində ilin məşqçisi seçilib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bununla bağlı fikirlərini bölüşüb:
“Mənə kömək olan hər kəsə minnətdaram. Uzun bir yol qət etdik. Hər zaman məni dəstəkləyən insanların əhatəsində olduğum üçün heç vaxt yorğunluq hiss etmədim. Əksinə, bundan həzz aldım”.
“Midlsbro”nun çalışdırıcısı Maykl Kerrik və “Koventri”nin baş məşqçisi Mark Robins də mükafata namizədlər sırasında yer alırdı.
Xatırladaq ki, “Bernli” 2023/24 mövsümündə İngiltərə Premyer Liqasında mübarizə aparacaq.
Onlar cəmi bir illik fasilədən sonra yenidən Premyer Liqaya qayıdacaq. Komanda ötən mövsüm Premyer Liqada 20 iştirakçı arasında 18-ci yeri tutaraq Çempionşipə düşmüşdü.
Bizi Facebook-da izləyin