“Çempionluq yarışının favoritləri “Napoli” və “İnter”dir” – Motta

“Yuventus”un baş məşqçisi Tiaqo Motta İtaliya çempionatının 9-cu turunun “İnter”lə oyunundan əvvəl fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:

“Yuventus”la “İnter” arasında hələ də uçurum varmı? Bəli, bu bir faktdır. Obyektiv olaraq deyə bilərəm ki, çempionluq yarışının favoritləri “Napoli” və “İnter”dir”.

“İnter” – “Yuventus” oyunu oktyabrın 27-də, Milandakı stadionda keçiriləcək. “İnter” turnir cədvəlində ikinci, “qoca sinyora” isə üçüncü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button