“Bu, adi mövsüm deyil” – Ederson
İngiltərə Premyer Liqasının növbəti turu çərçivəsində bu gün “Liverpul”la qarşılaşacaq “Mançester Siti”nin qapıçısı Ederson açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, qolkiper, mövsümün çətin keçəcəyini bildirib:
“Bu, adi mövsüm deyil. İlk 6-lıqda olan komandaların hamısı mövsümə yaxşı başladı. Çox keyfiyyətli futbolçular var və hamısı mövsümə başlamazdan əvvəl yaxşı hazırlıq dövrü keçib. Bu il mövsüm daha sərt keçəcək. Düşünürəm ki, çempionluq yarışı iki deyil, 6-7 komanda arasında gedəcək.
“Liverpul”da bu matç futbolçular, azarkeşlər tərəfindən gözlənilən oyundur. Çox yaxşı oyun keçəcək. Ümid edirəm ki, “Liverpul”la aramızdakı xal fərqini azaltmaq üçün yaxşı nəticə əldə edəcəyik”.
“Mançester Siti” – “Liverpul” oyunu bu gün, saat 20:30-da başlayacaq.
Bizi Facebook-da izləyin