Çempionluq paradında 31 nəfər yaralanıb
Buenos-Ayresdə Argentina millisinin DÇ-2022-dəki qələbəsi şərəfinə keçirilən paradda 31 nəfər yaralanıb.
Komanda.az “La Nacion” nəşrinə istinadən xəbər verir ki, bu barədə Argentina Səhiyyə Nazirliyi məlumat yayıb. Həkimlər 31 nəfərə yardım edib. Zərərçəkənlərin əsas xəsarətləri yıxılma və ya kəsilməklə bağlı olub.
Yerli polisin məlumatına əsasən, “911” xidmətinə tibbi yardım və ya itkin düşmüş şəxslərlə bağlı 795 müraciət daxil edilib.
Argentina millisi DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub. Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə də dünyanın ən güclü komandası adını qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin