“Çempionluğu qazanmaq üçün heç kimdən asılı deyilik” – “Real”ın futbolçusu

İspaniya çempionatının 29-cu turunun matçında “Atletiko” və “Barselona” qarşılaşıb. Oyun 3:0 hesabı ilə kataloniyalıların xeyrinə başa çatıb. İspaniya mətbuatı “Real”lı adı açıqlanmayan futbolçusunun bu matçın nəticəsinə münasibətini açıqlayıb.

Komanda.az “Defensa Central”-a istinadən xəbər verir ki, “kral klubu”nun futbolçusu çempion olmaları üçün heç kimdən aslı olmadıqlarını bildirib:

“Burada oyunun nəticəsinə təsir edən heç bir şey yoxdur, biz özümüzə diqqət edirik. Çempionluğu qazanmaq üçün heç kimdən asılı deyilik. Uğursuzluğa düçar olmasaq, heç kim bu qələbəni əlimizdən almayacaq”.

“Barselona” La Liqada 29 turdan sonra 64 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Komandanın lider “Real”la aralarındakı xal fərqi 8-ə bərabərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button