Çempionlar Liqasının əsas favoriti bilindi – Superkompüterin proqnozu

UEFA Çempionlar Liqasında 2022/2023 mövsümünün əsas favoriti məlum olub.

Komanda.az xəbər verir ki, “FiveThirtyEight” superkompüterinin proqnozuna əsasən Almaniya “Bayern”i bu mövsüm ÇL-in qalibi olacaq.

Münhen klubunun qalib gəlmə ehtimalı 21 faiz qiymətləndirilib.

“Mançester Siti” 18 faizlə ikinci, PSJ 14 faizlə üçüncü olub.

“Liverpul” 9 faizlə 4-cü, turnirin son qalibi “Real” isə 7 faizlə 5-ci pillədə qərarlaşıb.

UEFA Çempionlar Liqasında qrup mərhələsinin oyunları sentyabrın 6-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button