
Çempionlar Liqasının ən az qol vuran komandası
UEFA Çempionlar Liqasında ümumi mərhələnin 6-cı turunun oyunları başa çatıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bolonya” ən aşağı göstərici ilə yadda qalıb. İtaliyalılar qitənin əsas klub turnirində keçirdiyi 6 oyunda cəmi bir qol vura bilib.
“Bolonya” Çempionlar Liqasının turnir cədvəlində 33-cü pillədə qərarlaşıb. Komanda “Şaxtyor” (0:0) və “Benfika” (0:0) ilə heç-heçəyə görə cəmi 2 xal toplaya bilib, qalan görüşlərdə isə məğlub olub.
“Bolonya” yanvar ayında Çempionlar Liqasında Dortmund “Borussiya”sı və Lissabon “Sportinq” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin