“Çelsi”nin yeni mövsüm üçün transfer büdcəsi məlum oldu
Çempionlar Liqasının son qalibi “Çelsi”nin baş məşqçisi Tomas Tuxel heyətin gücləndirilməsini istəyir.
Komanda.az xəbər verir ki, alman mütəxəssis, rəhbərlikdən komandaya yeni futbolçuların cəlb edilməsini istəyib. Bu barədə “The Telegraph” nəşri məlumat yayıb. Xəbərdə, “Çelsi”nin yayda transferlər üçün 200 milyon avroluq büdcə ayıracağı bildirilib.
“Zadəganlar” “İnter”dən Romelu Lukaku, “Vulverhempton”dan Adama Traore, “Tottenhem”dən Harri Keyn, “Borussiya”dan (Münhenqladbax) Yonas Hoffman, “Vest Hem”dən Deklan Rays və “Monako”dan Aureliene Çuameni ilə maraqlanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin