Çempionlar Liqasında riskli oyun
Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək “Barselona” – “Slaviya” oyunu ispanlar tərəfindən yüksək riskli oyun kimi təqdim olunub.
Komanda.az xəbər verir ki, buna səbəb son zamanlarda Kataloniyada baş verən iğtişaşlardır. Bu barədə AS nəşri məlumat yayıb. “Barselona” – “Slaviya” oyunu ərəfəsində təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyi gözlənilir.
Kataloniyadakı iğtişaşlar səbəbindən oktyabrın 26-da keçirilməli olan “Barselona” – “Real” matçı təxirə salınıb. “El klasiko”nun 18 dekabrda oynanılması planlaşdırılır.
“Barselona” – “Slaviya” matçı noyabrın 5-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin