“Liverpul”un futbolçusuna qarşı irqçilik – Cinsiyyət orqanıyla bağlı pankart açdılar FOTO
Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun “Genk” – “Liverpul” oyununda xoşagəlməz hadisə yaşanıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, belçikalı azarkeşlər “Liverpul”un futbolçusu Divok Origiyə qarşı irqçilik edib. Belçikalılar oyun başlamazdan əvvəl 24 yaşlı hücumçunun cinsiyyət orqanı ilə bağlı pankart açıblar.
“Liverpul” rəsmiləri dərhal pankartı yığışdırtdırıb və sərt açıqlama ilə bu hadisəyə münasibət bildirib.
“Genk” – “Liverpul” oyunu qonaqların 4:1 hesablı qələbəsiylə başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin