
Çempionlar Liqasının oyunu ləğv edildi
Asiya Çempionlar Liqasının 2-ci turunun “Traktor” – “Mohun Baqan” oyunu ləğv edilib.
Komanda.az xəbər verir ki, oktyabrın 2-si baş tutmalı olan Hindistan komandasının Təbrizə gəlməməsi səbəbindən keçirilməyəcək.
Sözügedən komandaya Asiya Futbol Konfederasiyası tərəfindən 0:3 hesablı texniki məğlubiyyət verilməsi gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin