“Ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq” – “Bavariya”nın baş məşqçisi
Çempionlar Liqasının finalında PSJ ilə qarşılaşacaq “Bavariya”nın baş məşqçisi Hans-Diter Flik oyundan əvvəl fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis, PSJ ilə oyun üçün planlarının olduğunu deyib:
“Ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Komanda şəklində 100 faizimizi oyuna versək, qələbə qazana bilərik. PSJ Çempionlar Liqasında cəmi 5 top buraxıb, bu da o deməkdir ki, rəqibin müdafiəsi inamlı təsir bağışlayır. PSJ ilə oyun üçün bir planımız var və onu tətbiq etməyə çalışacağıq”.
Bu gün keçiriləcək “Bavariya” – PSJ matçı saat 23:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin