“Çempionlar Liqasının finalına yüksələ bilərik” – Gündoğan

“Barselona”nın yarımmüdafiəçisi İlkay Gündoğan Kataloniya klubunun Çempionlar Liqasındakı məqsədləri ilə bağlı sualı cavablandırıb.

Komanda.az “Sport”-a istinadən xəbər verir ki, o, komandasının qalib gələ biləcəyinə inanır:

“Digər komandaların da çox yaxşı olduğunu və buna görə əldə edəcəyimiz nəticələr barədə düşünmədən oynaya bilsək, irəli gedə bilərik. Düşünürəm ki, Çempionlar Liqasının finalına yüksələ və hətta qalib gələ bilərik. Xoşbəxtlikdən, bizim məşqçimiz və bir neçə futbolçumuz var ki, onlar artıq bu turnirdə qalib gəliblər”.

33 yaşlı futbolçu yay transfer pəncərəsində “Mançester Siti”dən “Barselona”ya keçib. Onun klubla müqaviləsi 2025-ci ilə qədərdir.

“Barselona” Çempionlar Liqasının H qrupunda iki oyundan sonra 6 xalla liderdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button