Çempionlar Liqasının finalına tıxac əngəli
Futbol üzrə UEFA Çempionlar Liqasının İngiltərə “Liverpul”u ilə İspaniya “Real”ı arasında baş tutacaq final oyununun startı gecikir.
Komanda.az xəbər verir ki, buna “Liverpul”un stadiona gec gəlməsi səbəb olub.
Belə ki, azarkeşlərin Paris şəhərində yaratdığı sıxlıq səbəbindən İngiltərə təmsilçisi matçın keçiriləcəyi “Stad de Frans”a vaxtında yetitşə bilməyib. Bu üzdən də UEFA qarşılaşmanın bir qədər gec başlamasına qərar verib. UEFA-dan verilən açıqlamaya görə, qarşılaşma saat 23:30-da başlayacaq.
Xatırladaq ki, matçın daha öncə 23:00-da başlaması nəzərdə tutulmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin