Çempionlar Liqasının final matçının hakimləri bəlli oldu
Futbol üzrə UEFA Çempionlar Liqasında 2021/22 mövsümünün final oyununa hakim təyinatları açıqlanıb.
Komanda.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, İngiltərənin “Liverpul” və İspaniyanın “Real” komandaları arasında baş tutacaq həlledici oyunu Fransadan olan Kleman Türpen idarə edəcək.
Ona həmyerliləri olan yan xətt hakimləri – Nikolya Danos və Siril Qrinqor kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Benua Bastyen yerinə yetirəcək.
Xatırladaq ki, Kleman Türpen ötən mövsüm Avropa Liqasının final matçını idarə etmişdi. İspaniyanın “Vilyarreal” və İngiltərənin “Mançester Yunayted” komandaları arasındakı həmin matçın əsas və əlavə vaxtı qolsuz bitdiyindən qalib penalti seriyasında müəyyənləşmişdi – 11:10.
Qarşılaşma mayın 28-də Fransanın paytaxtı Parisdəki “Stad de Frans” stadionunda keçiriləcək.
Bizi Facebook-da izləyin