Çempionlar Liqasının final matçının hakimi açıqlanıb
“İnter” və “Mançester Siti” arasında keçiriləcək UEFA Çempionlar Liqasının final oyununun hakimi məlum olub.
Komanda.az xəbər verir ki, görüş polşalı FİFA referisi Şimon Marçinyaka tapşırılıb.
“Roma” ilə “Sevilya” arasındakı UEFA Avropa Liqasının final matçını ingiltərəli Entoni Teylor idarə edəcək.
“Fiorentina” və “Vest Hem” kollektivləri arasındakı UEFA Konfrans Liqasının həlledici qarşılaşmasında isə ispaniyalı Karlos Del Serro Qrande iş başında olacaq.
Çempionlar Liqasının finalı iyunun 10-da, Avropa Liqasının əsas matçı mayın 31-də, Konfrans Liqasındakı həlledici görüş isə iyunun 7-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin