“Bu oyundan sonra fiziki və mənəvi olaraq tükənmişəm” – “Liverpul”un futbolçusu
UEFA Millətlər Liqasının yarımfinal mərhələsi çərçivəsində Hollandiyaya 1:3 hesabı ilə məğlub olan İngiltərə millisinin futbolçusu Cordan Henderson açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Liverpul”un 28 yaşlı yarımmüdafiəçisi matça hazırlaşmaq üçün vaxtın az olduğunu deyib:
“Qol vurmaq üçün bir neçə epizodumuz oldu. Hesabda öndə idik, son 10-15 dəqiqədə bu matçda qalib gələ biləcəyimizi hiss etdim. Amma əlavə vaxtda iki qol buraxdıq və məğlub olduq.
Çempionlar Liqasının final matçından sonra oynamaq çətin idi. Bu oyundan sonra fiziki və mənəvi olaraq tükənmişəm. Oyuna hazırlaşmaq üçün bir neçə gün lazım idi. Uşaqlar bir neçə həftə məşq keçmişdilər və qalib gəlmək istəyirdilər. Bizim böyük komandamız var və bu heyətdən istifadə etmək məcburiyyətindəyik”.
Bizi Facebook-da izləyin