“Məncə, “Qarabağ”la oyun neytral meydanda keçiriləcək və biz…” – “Molde”nin baş məşqçisi

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Molde”nin baş məşqçisi Erlinq Mo açıqlama verib.

Komanda.az “itromso.no” saytına istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis, qarşılaşmanın neytral meydanda keçirilməsinin tərəfdarıdır:

“Məncə, “Qarabağ”la oyun neytral meydanda keçiriləcək və biz onda bərabər şərtlər altında olacağıq. Əlbəttə, görüşün neytral meydanda keçirilməsi bizim üçün müsbət məqamdır. Hər halda, evdən kənarda oynamaq rəqib üçün üstünlükdür”.

Sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Molde” matçı saat 20:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button