“Ona “ağlamıram, yunanam” deyə, cavab verdim” – APOEL-in futbolçusu
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran (ilk oyun 1:2, cavab oyunu 2:0) APOEL klubunun futbolçusu Giorgos Merkis Kipr mətbuatınaa açıqlama verib.
Komanda.az “reporter.com.cy” saytına istinadən xəbər verir ki, yunan futbolçu, matçla bağlı bunları deyib:
“Çox xoşbəxtik və özümüzlə qürur duyuruq. Futbolçular son ana kimi mübarizə apardı. Oyun zamanı epizodların birində hakimdən cərimə zərbəsi tələb etdim. Rəqibin hücumçusu isə mənə dedi ki, qadın kimi ağlama. Ona “ağlamıram, yunanam” deyə, cavab verdim. O, mənə cavabında bildirdi ki, türklərin sənə nə etdiyini xatırlayırsan? “Yadımdadı, bu gün nə edəcəyinizi göstərin” deyə, ona cavab verdim”. Biz ona göstərdik. Buna görə də, yunan bayrağına sarılmışam”.
Bizi Facebook-da izləyin