“Neftçi”nin “Olimpiakos”la oyunu ispanlara tapşırıldı
Çempionlar Liqasının 2-ci mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Neftçi” – “Olimpiakos” (Yunanıstan) matçının hakimləri açıqlanıb.
Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, iyulun 28-də, Bakıda oynanılacaq qarşılaşmanı İspaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Rikardo de Burqosa olacaq. Ona yan xətt hakimləri Roberto del Palomar və Yon Nunyes kömək edəcəklər. Dördüncü hakim funksiyasını Adrian Kordero yerinə yetirəcək.
İyulun 21-də keçiriləcək “Olimpiakos” – “Neftçi” matçı saat 23:00-da start götürəcək. Komandalar arasındakı cavab matçı iyulun 28-də Bakıda olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin