Çempionlar Liqası: “Neftçi” – “Dinamo” matçının hakimləri açıqlandı
Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Neftçi” – “Dinamo” (Tbilisi) matçının hakimləri açıqlanıb.
Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, iyulun 14-də oynanılacaq qarşılaşmanı Moldovadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Dmitri Muntayan olacaq. Ona yan xətt hakimləri Vlad Lifçu və Vadim Vikol kömək edəcəklər. Dördüncü hakim funksiyasını Qabriel Tupiçika yerinə yetirəcək.
“Neftçi” ilə “Dinamo” arasında ilk oyun iyulun 7-də Tbilisidə, cavab matçı isə 14-də Bakıda olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin