“Sileks”in baş məşqçisi “Qarabağ”la oyundan danışdı: “Möcüzələrə inanmalıyıq”
Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Sileks”in (Şimali Makedoniya) baş məşqçisi Qoran Simov açıqlama verib.
Komanda.az “gol.mk” saytına istinadən xəbər verir ki, Simov, bütün diqqətlərini “Qarabağ”a yönəltdiklərini deyib:
“Pelister”lə heç-heçə etdiyimiz oyundan sonra psixoloji durumumuzu düzəltməyə çalışırıq. Hər şeyi geridə qoyub, bütün diqqətimizi “Qarabağ”a yönəldirik. İstəyirəm ki, futbolçularım meydanda ən yaxşısını etsinlər. Möcüzələrə inanmalıyıq, çünki futbolda bu tez-tez olur. Komandalar arasında cəmi bir oyun olacaq. Komandamın intizamlı və istəkli olmasını istəyirəm. Bunu bacarsaq, mükafatımızı alacağıq”.
Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sileks” matçı saat 20:00-da start götürəcək. Cütün qalibi 2-ci mərhələdə “Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.
Bizi Facebook-da izləyin