“Yuventus”un iki futbolçusu “Portu” ilə oyunu buraxacaq

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə “Portu” ilə qarşılaşacaq “Yuventus” bu matçda iki futbolçusunun köməyindən istifadə edə bilməyəcək.

Komanda.az xəbər verir ki, Leonardo Bonuççi və Paulo Dibala sözügedən səfər matçında iştirak etməyəcək. Bu barədə Turin klubunun baş məşqçisi Andrea Pirlo açıqlama verib. Pirlo, hər iki futbolçunun yüngül zədələri olduğu üçün “Portu” ilə matçı buraxacağını bildirilib.

“Portu” – “Yuventus” matçı bu gün, saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button