“Mançester Siti”nin “Real”la oyunu təhlükədə

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində İngiltərədə – “Etihad” stadionunda keçirilməli olan “Mançester Siti” – “Real” matçı neytral meydanda oynanıla bilər.

Komanda.az xəbər verir ki, buna səbəb, son günlərdə İspaniyada koronavirusa yoluxanlarının sayının artmasıdır. Bu barədə AS nəşri məlumat yayıb. Xəbərdə, qarşılaşmanın Portuqaliyada oynanıla biləcəyi bildirilir.

İngiltərə hökuməti İspaniyadan gələnlər üçün məcburi iki həftəlik karantin tətbiq edir. Məhdudiyyətlərlə bağlı qərar dünən – iyulun 25-də qəbul olunub.

“Mançester Siti” – “Real” matçı avqustun 7-də, “Etihad” stadionunda keçirilməlidir. Komandalar arasında İspaniyada baş tutan görüşdə MS 2:1 hesablı qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button