Pirlo narahat deyil
Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizəni dayandıran “Yuventus”un baş məşqçisi Andrea Pirlo açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, italyan mütəxəssis, “Portu” ilə keçirilən cavab oyunundan (3:2) sonra bunları deyib:
“Bundan əvvəl Mauritsio Sarrinin niyə göndərildiyini bilmirəm. Mən “Yuventus”dayam və mənə bir neçə illik plan olduğu üçün iş verilib. Buna görə də, vəzifəmi itirəcəyimlə bağlı narahatlığım yoxdur”.
“Yuventus” Çempionlar Liqasının 1/8 final mərhələsində “Portu”ya uduzaraq (ilk oyun 1:2, cavab oyunu 3:2), turnirlə vidalaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin