“Çətin olacaq, amma çalışacağıq” – Frenki de Yonq
Çempionlar Liqasının 1/8 final mərhələsində PSJ-yə uduzan “Barselona”nın futbolçusu Frenki de Yonq açıqlama verib.
Komanda.az xəbər verir ki, niderlandlı yarımmüdafiəçi, 1:4 hesabıyla uduzduqları matçın revanşında qələbə qazanmaq istədiklərini bildirib:
“İlk hissədə yaxşı oynadıq, lakin fasilədən sonra PSJ daha yaxşı idi. Bundan əvvəl İspaniya kubokunda geridönüşlər etmişik və indi bu dəfə Parisdə bunun təkrarlamağa çalışacağıq. Çətin olacaq, amma çalışacağıq”.
PSJ – “Barselona” matçı martın 10-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin