Çempionlar Liqası: PSJ – “Bavariya” matçının hakimləri açıqlandı

Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində sabah keçiriləcək PSJ (Fransa) – “Bavariya” (Almaniya) və “Çelsi” (İngiltərə) – “Portu” (Portuqaliya) matçlarına hakim təyinatları açıqlanıb.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, Parisdə keçiriləcək PSJ – “Bavariya” matçını italiyalı referi Daniel Orsato idarə edəcək. Ona yan xətt hakimləri Alessandro Qalyatini və Fabiano Preti kömək edəcək. Dördüncü hakim funksiyasını Daniele Doveri yerinə yetirəcək. VAR hakimi isə Massimiliano İrrati olacaq.

Koronavirus pandemiyası səbəbindən İspaniyada keçiriləcək “Çelsi” – “Portu” matçını Fransadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Klemen Turpin olacaq. Ona Nikolas Donos və Kril Qrinqor kömək edəcək. Dördüncü hakim funksiyasını Frank Şnayder yerinə yetirəcək. VAR hakimi isə Fransua Leteksye olacaq.

Hər iki matç sabah saat 23:00-da start götürəcək. PSJ ilk matçda “Bavariya”nı 3:2, “Çelsi” isə “Portu”nu 2:0 hesabıyla məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button