ÇL: Superkompüter əsas favoritin adını açıqladı

Dünən UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Arsenal” doğma meydanda PSJ-yə 0:1 hesabı ilə məğlub olub. Oyundakı yeganə qolu birinci hissədə PSJ-nin hücumçusu Osman Dembele vurub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında keçirilən qarşılaşmadan sonra “Opta” superkompüteri turnirin qalib olma ehtimallarını yenidən hesablayıb.

Hazırda Çempionlar Liqasının əsas favoriti 38,2 faiz şansla PSJ sayılır. İkinci pillədə 28,7 faiz ehtimalla “Barselona”, üçüncü yerdə isə 18,1 faiz göstərici ilə “İnter” qərarlaşıb. “Arsenal”ın turniri qazanma ehtimalı isə 15 faiz olaraq dəyərləndirilib.

Bu gün “Barselona” ilə “İnter” arasında yarımfinal mərhələsinin ilk oyunu keçiriləcək. Qarşılaşma saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button