
“İnter” Çempionlar Liqasını qazanmaq şansı olan yeganə İtaliya klubudur”
“Milan”ın sabiq hücumçusu Rud Qullit İtaliya təmsilçilərinin UEFA Çempionlar Liqasındakı çıxışı barədə fikirlərini bölüşüb.
Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, o, hazırda İtaliya klubları arasında bu turnirdə ən sabit çıxış edən komandanın “İnter” olduğunu bildirib:
“Son vaxtlar “İnter” Çempionlar Liqasında çox yaxşı çıxış edir, onlar sabit oyun nümayiş etdirirlər. Bu, turniri qazanmaq şansı olan yeganə İtaliya klubudur. “Yuventus”da da potensial var, amma hazırda orada müəyyən problemlər yaşanır. Ümumilikdə isə, düşünürəm ki, bu mövsüm qalib Premyer Liqa klubundan çıxacaq”.
“İnter” son üç ildə iki dəfə Çempionlar Liqasının finalına yüksəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



