“PSJ-nin “Mançester Yunayted”lə oyunu indiyə qədər izlədiyim ən qəribə matçlardan biri idi” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp, PSJ-nin Çempionlar Liqasında mübarizəni dayandırması ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssis, Paris təmsilçisinin uğursuzluq yaşadığını deyib:

“Belə oyunlarda qalib gəlməyin asan olmadığını bilirəm. Bu, həqiqətən asan deyil, amma PSJ-nin “Mançester Yunayted”lə oyunu indiyə qədər izlədiyim ən qəribə matçlardan biri idi. Oyunu izləyərkən, PSJ-nin məğlub olmasının asan olmadığını düşünürdüm, amma onlar mübarizəni dayandırdılar.

2017-ci ildə keçirilən ilk görüşdə onlar “Barselona”ya qarşı daha yaxşı oyun göstərmişdilər, ikinci matçda isə rəqib yaxşı oynadı. “Mançester Yunayted”lə oyunlarda isə iki matçda da yaxşı oynadılar, amma mərhələni keçə bilmədilər. Bu, çox fərqlidir”.

51 yaşlı mütəxəssis, PSJ-nin baş məşqçisi Tomas Tuxel haqqında da danışıb:

“Çempionlar Liqasını sadəcə pul xərcləyərək qazana bilməzsiz. Bu, heç bir işə yaramaz. Qalib gəlmək üçün yaxşı təşkil olunmaq vacibdir. Tuxel bunu bacaracaq xüsusiyyətlərə sahibdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button