“Çempionlar Liqasını qazanmaq çox çətindir” – Messi
PSJ-nin hücumçusu Lionel Messi Çempionlar Liqası haqda danışıb.
Komanda.az Fransa mətbuatına istinadan xəbər verir ki, Messi, Çempionlar Liqasını qazanmağın çətin olduğunu deyib:
“Çempionlar Liqasını qazanmaq çox çətindir. Çünki bu turnirdə ən yaxşı komandalar iştirak edir. Hansısa kiçik detal, ən kiçik bir səhv “qəza”ya səbəb ola bilər. Düşünürəm ki, Çempionlar Liqasını qazanmağa layiq komandamız var. Xoşbəxtik və ümid edirik ki, hər şey bizim üçün uğurlu olacaq. Eyni zamanda, sakitləşmək lazımdır.
Yenə deyirəm, Çempionlar Liqasını qazanmaq çox çətindir. Ən yaxşı komanda həmişə qalib gəlmir. Biz daha da güclənməyə çalışırıq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin