Tuxel “Bayern”in qrupu haqda: “Son dərəcə cəlbedici rəqiblərdir”
“Bayern”in baş məşqçisi Tomas Tuxel UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkatmasının nəticələri haqda danışıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis Avropa arenasına çıxmağı səbirsizliklə gözlədiyini dilə gətirib:
“Çempionlar Liqasındakı hər bir rəqib bizim üçün çox önəmli olacaq. “Mançester Yunayted”, “Kopenhagen” və “Qalatasaray” komandamız və azarkeşlər üçün son dərəcə cəlbedici rəqiblərdir. Biz həvəslənirik və tezliklə Avropa arenasına çıxmağı səbirsizliklə gözləyirik”.
Çempionlar Liqasının qrup mərhələsi sentyabrın 19-da başlayacaq və dekabrın 13-də başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin