Çempionlar Liqasında yeni rekordçu
Almaniyanın “Borussiya” (Dortmund) klubunun hücumçusu Yussufa Mukoko UEFA Çempionlar Liqasının tarixinə düşüb.
Komanda.az xəbər verir ki, o, sözügedən turnirin qrup mərhələsinin sonuncu – 6-cı turu çərçivəsində Rusiyada yerli “Zenit”ə qarşı oyunda meydana çıxmaqla ÇL-də forma geyinən ən gənc futbolçuya çevrilib.
Mukoko 16 yaş 18 günlüyündə ÇL matçında forma geyinib. Bu isə qitənin ən nüfuzlu klub turnirində yeni rekorddur. Kamerun əsilli almaniyalı hücumçu “Anderlext”in keçmiş hücumçusu Selestin Babayaronun rekordunu qırıb. Sözügedən futbolçu 1994-cü ildə 16 yaş 85 günlüyündə ÇL matçının iştirakçısı olmuşdu.
Xatırladaq ki, bir müddət öncə Mukoko Almaniya Bundesliqasında da meydana çıxmaqla oxşar rekorda imza atmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin