
Qol! Qol! Qol!
Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, keçirilən 6 turun matçlarından sonra turnirdə yeni rekord qeydə alınıb. Belə ki, bu mövsüm ÇL-in qrup mərhələsi çərçivəsində oynanılan 96 qarşılaşmada ümumilikdə qapılara 308 qol vurub. Bu, ÇL tarixinin ən yüksək göstəricisidir.
Bundan əvvəlki rekord nəticə 2017/18 mövsümündə qeydə alınmışdı. Həmin mövsüm qrup mərhələsinin oyunlarında 306 qol vurulmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin