Çempionlar Liqasında yeni mövsümə start verildi
Çempionlar Liqasında 2022/2023 mövsümünə start verilib.
Komanda.az xəbər verir ki, ilkin təsnifat mərhələsinin ilk yarımfinalında San Marinonun “La Fiorita” və Andorranın “İnter” komandaları qarşılaşıb.
Oyun Andorra təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. “İnter” bu qələbə ilə finala yüksəlib.
Digər yarımfinal görüşü Estoniya çempionu “Levadiya” ilə İslandiya “Vikinqur”u arasında baş tutub. İslandiya çempionu rəqibini darmadağın edərək finala yüksəlib.
Beləliklə, qalib gələn komandalar iyunun 24-də finalda üz-üzə gələcəklər. İlkin mərhələnin qalibi olacaq komanda ÇL-in 1-ci təsnifat mərhələsində İsveç “Malmö”sü ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
İlkin mərhələ, yarımfinal
21 iyun
La Fiorita (San Marino) – İnter (Andorra) 1:2
Levadiya (Estoniya) – Vikinqur (İslandiya) 1:6
Bizi Facebook-da izləyin