“Qarabağ”ın iştirak edəcəyi turnirin ilk mərhələsinin püşkü atıldı
UEFA Çempionlar Liqasında yeni mövsümün ilk mərhələsinin püşkü atılıb.
Komanda.az qurumun saytına istinadən xəbər verir ki, bu mərhələdə Andorra (“Santa Koloma”), Kosovo (“Feronikeli”), Cəbəllütariq (“Linkoln”) və San Marino (“Tre Penne”) çempionları mübarizə aparacaq. Mini turnirin qalibi Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinə vəsiqə qazanacaq.
Yarımfinal mərhələsinin oyunları iyunun 25-də, final matçı isə 28-də keçiriləcək. Turnirin bütün qarşılaşmaları Kosovonun paytaxtı Priştian şəhərindəki “Fadil Vokkri” stadionunda keçiriləcək.
Azərbaycanı bu mövsüm Çempionlar Liqasında “Qarabağ” təmsil edəcək.
Çempionlar Liqası, ilkin mərhələ, yarımfinal
25 iyun
Feronikeli (Kosovo) – Linkoln (Cəbəllütariq)
Tre Penne (San Marino) – Santa Koloma (Andorra)
Final
28 iyun
Feronikeli/Linkoln – Tre Penne/Santa Coloma
Bizi Facebook-da izləyin