Çempionlar Liqasında yeni mövsüm başladı
Çempionlar Liqasında 2019/20 mövsümünə start verilib.
Komanda.az xəbər verir ki, turnirin ilkin təsnifat mərhələsinin yarımfinal oyunları keçirilib.
İki görüşdən sonra Andorranın “Santa Koloma” və Kosovonun “Feronikeli” komandaları finala vəsiqə qazanıb. Komandalar arasındakı həlledici görüş iyunun 28-də, Kosovoda keçiriləcək.
Məğlub komandalar – “Tre Penne” (San-Marino) və “Linkoln” (Cəbəllütariq) isə Avropa Liqasının 2-ci təsnifat mərhələsində mübarizə aparacaqlar.
Azərbaycanı bu mövsüm Çempionlar Liqasında “Qarabağ” təmsil edəcək. Ağdam klubu ÇL-in birinci təsnifat mərhələsində Albaniyanın “Partizani” klubu ilə qarşılaşacaq.
Çempionlar Liqası, ilkin mərhələ, yarımfinal
25 iyun
Feronikeli (Kosovo) – Linkoln (Cəbəllütariq) 1:0
Qol: Hoti, 3
Tre Penne (San Marino) – Santa Koloma (Andorra) 0:1
Qol: Kamoçu, 76.
Final
28 iyun
Feronikeli – Santa Coloma
Bizi Facebook-da izləyin